AUT.AZ

Ailələri problemlə üzləşdi, köçdülər

Argentina millisinin futbolçularının həyat yoldaşlarının yaşadığı oteldə problemlər yaranıb.

Aut.az xəbər verir ki, qiyməti 800 avrodan başlayan “Waterfront” otelində elektrik enerjisi kəsilib. Bundan əlavə, binada  tüstü də müşahidə olunub.

Futbolçuların ailələri təşvişə düşüblər. Amma otel əməkdaşları onlara heç bir izahat verməyib.

İki saat sonra elektrikin verilməsi bərpa olunsa da, oyunçuların ailələri “Waterfront”da yaşamaq istəməyiblər və dərhal başqa otelə aparılmalarını tələb ediblər.

Qısa danışıqlardan sonra gecə saat 2-də onları “Hilton” otelinə köçürüblər. Futbolçuların ailələrinin “Waterfront”da başqa problemlərlə üzləşdikləri də qeyd edilir. Otaqlar təmizlənməyib, isti su kəsilib, üstəlik, səhər yeməyi də keyfiyyətsiz olub.

Aut.az

Exit mobile version