AUT.AZ

Messi Avstraliya yığmasında oynaya bilərmiş

Lionel Messi Argentinada yox, Avstraliyada doğula və bu ölkənin yığmasında oynaya bilərmiş.

Aut.az xəbər verir ki, bu barədə ispan jurnalisti Gilem Balaqanın “Messi. Futbol dahisi” kitabında məlumat verilir. Lionelin atası Xorxe Messi oğlunun doğulmasından əvvəl Avstraliyaya köçməyi düşündüyünü bildirib. 1980-ci illərin əvvəllərində Argentinada baş verən iqtisadi böhran onu belə plan qurmağa vadar edib:

“Argentinada böhran var idi. Pul dəyərdən düşdü, iş yox idi. Argentinalılar uzun müddət idi ki, mühacir kimi Avropaya və digər qitələrə gedirdilər.

Vəziyyətdən çıxış yolunu görmədikdə, bütün problemlərin köç etməklə həll olunacağını biləndə, o zaman, əslində hara getməyinin heç bir əhəmiyyəti yoxdur. Messi ailəsi  Avstraliyaya köçən insanları tanıyırdı. Orada yaşı yaşaya biləcəklərini düşünürdülər. Amma ailə xeyli məsləhətləşmədən  sonra son anda bu fikrindən daşınıb”.

Amma bütün hallarda ailə 2001-ci ildə Argentinanı tərk etdi. Messi “Barselona” akademiyasına daxil oldu və klub Leonun atasına İspaniyadakı bütün yaşayış xərclərini ödəyəcəyinə söz verdi.

Bunu bir anlığa təsəvvür edin ki, Leo Messi Avstraliyada anadan olub:

“O, Avstraliyada doğulsaydı, eyni Leo olardımı? Düşünürəm ki, Argentinada doğulduğu üçün Messi olub. O, Di Stefano, Maradonaya bəxş edilən ilahi yolun davamçısı idi. Ona görə də Argentinada doğulmalıydı. Avstraliyada doğulsaydı, biz indiki Messini tanımayacaqdıq”.

Aut.az

Exit mobile version