AUT.AZ

“Hürür, amma dişləməz”

Niderland millisinin və “Barselona”nın hücumçu Memfis Depay paylaşımı ilə diqqət çəkib.

Niderland millisinin və “Barselona”nın hücumçu Memfis Depay paylaşımı ilə diqqət çəkib.

Aut.az xəbər verir ki, niderlandlı futbolçu DÇ-2022-nin 1/8 finalında ABŞ-ı məğlub etdikdən (3:1) sonra keçmiş basketbolçu Çarlz Barkliyə cavab verib.

Depay “tvitter”də Barklinin şəkli ilə matçın hesabını yerləşdirərək, aşağıdakı sözləri yazıb:

“Çox hürür, amma dişləməz”.

Xatırladaq ki, Çarlz Barkli TNT telekanalında Hollandiyanın ABŞ komandası üçün təhlükə yaratmadığını, İspaniya, Braziliya kimi komandalarla qarşılaşmağın daha maraqlı olacağını bildirmişdi.

DÇ-2022-nin 1/4 final mərhələsində Niderland millisi Argentina ilə qarşılaşacaq.

Exit mobile version