AUT.AZ

Azərbaycan millisi Polşa və Estoniyaya “quru hesab”la uduzdu

17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.
Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizəyə başlayıb.

Aut.Az xəbər verir ki, yığmamız turnirdə iki oyununu keçirib. Voleybolçularımız əvvəlcə Polşa, ardınca Estoniya kollektivi ilə qarşılaşıb və hər iki matçda 0:3 hesabı ilə uduzub.

 

Millimiz qarşıdakı üç gündə, müvafiq olaraq, Latviya, Gürcüstan və Ukrayna ilə gücünü yoxlayacaq.

“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Exit mobile version