AUT.AZ

Atanı oğul əvəzlədi – İlk müqavilə

“Real”ın sabiq futbolçusu Marselonun oğlu futbolda ilk rəsmi müqaviləsini imzalayıb.

Aut.az xəbər verir ki, Entso artıq “Real”ın akademiyasının vacib hissəsinə çevrilib. O, 13 yaşadək futbolçulardan ibarət komandada oynayır. Gənc futbolçu mərkəz hücumçusu kimi çıxış edir və artıq bir neçə fantastik qol vurub. Ekspertlər onun istedadının 13 yaşlı oğlan üçün müstəsna olduğunu qeyd edirlər.

Son aylarda Entso “La Fabrica” akademiyasında əhəmiyyətli inkişafa nail olub. O, fiziki cəhətdən çox güclüdür, yüksək sürətə malikdir, həm də hava mübarizələrində də çox yaxşı oynayır.

Marselo “Real”ın tarixində ən çox mükafat alan oyunçudur. O, 2007-ci ilin yanvarından 2022-ci ilin yayına kimi “Real”da 25 titul qazanıb.

Aut.az

Exit mobile version