AUT.AZ

Vəssalam, qayıda bilməz

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-in hücumçusu Lionel Messinin “Barselona”ya qayıtmasının mümkün olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.

Aut.az “Relevo”ya istinadla bildirir ki, Tebas pessimist danışıb:

“Bu, onun nə qədər qazanacağından asılı olacaq. Əgər əvvəlki kimidirsə, yox. Belə maaşla o, ancaq PSJ-də oynaya bilər”.

Xatırladaq ki, Messi 2005-ci ilin iyunundan 2021-ci ilin avqustuna qədər “Barselona”da çıxış edib. Lionel “Barsa”da 778 matç keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib. Argentinalı hücumçu müqavilə müddəti başa çatdıqdan sonra azad agent kimi PSJ-yə keçib.

Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Exit mobile version