AUT.AZ

“İkinci Zidan” oldu

Kamerun millisinin hücumçusu Vinsent Abubakar Qətərdə keçirilən dünya çempionatının 3-cü turunun Braziliya ilə görüşündə (1:0) komandasına qələbə qazandırıb.

90+2-ci dəqiqədə fərqlənən hücumçu emosiyalarını saxlaya bilməyib və formasını çıxarıb. Hakim ona sarı vərəqə göstərib ki, bu da ikinci olub. Matçın baş hakimi İsmayıl Elfət hücumçunu meydandan qovub.

Beləliklə, Abubakar Zinəddin Zidandan sonra dünya çempionatı matçında qol vuran və qırmızı vərəqə alan ilk oyunçu oldu: fransalı 2006-cı ildə keçirilən dünya çempionatında İtaliya ilə final görüşündə müdafiəçi Marko Materatsiyə başı ilə zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Aut.az

Exit mobile version