AUT.AZ

Daha canı əl vermir

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin keçmiş hücumçusu Peledə tənəffüs yolu infeksiyası aşkar edilib. Onun vəziyyəti sabit olaraq qalır.

Aut.az xəbər verir ki, bu barədə San-Pauludakı Albert Eynşteyn xəstəxanasının tibbi rəyinə istinadən “Reuters” məlumat yayıb.

Məlumatda bildirilib ki, Pele müalicəsi üçün bir neçə gün xəstəxanada qalacaq.

O, çərşənbə günü xəstəxanaya yerləşdirilib. Son vaxtlar onun səhhətində tez-tez problemlər yaranır.

Exit mobile version