AUT.AZ

Baş nazirdən Baydenə cavab: Bağışla, Co…

Niderlandın baş naziri Mark Ryutte DÇ-2022-in 1/8 finalında ABŞ-la keçirilən oyundan sonra Co Baydenə cavab verib.

Xatırladaq ki, ABŞ prezidenti Niderlandla oyundan əvvəl milli komandasını dəstəkləmişdi. Siyasətçinin “Tvitter” hesabında yayılan videoda deyilirdi: “Buna “cokker” deyilir. İrəli, ABŞ!”

Aut.az xəbər verir ki, Niderland ABŞ-a 3:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Oyundan sonra Niderlandın baş naziri Mark Ryutte “Tvitter”də yazıb: “Bağışla, Co, futbol qalib gəldi 😉”.

Aut.az

Exit mobile version