AUT.AZ

Yığma karyerasını başa vurdu

Tunis millisinin hücumçusu Vahbi Xazri yığma karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, o, yığmanın DÇ-2022-də çıxışını başa vurmasından sonra bu qərarı verib.

31 yaşlı futbolçu 2013-2022-ci illər arasında Tunis yığmasında 74 oyuna çıxıb 25 qol vurub.

Xazri Fransada “Bastiya”, “Bordo”, “Sanderlend”, “Renn”, “Sent-Etyen” klublarında çıxış edib. O, hazırda “Monpelye”nin futbolçusudur.

Tunir millisi dünya çempionatında qrup mərhələsini 3-cü pillədə başa vuraraq, mundialla vidalaşıb.

Exit mobile version