AUT.AZ

“Qalatasaray”dan ayrılan futbolçu Norveç klubunda

“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz olan Omar Elabdellauinin yeni ünvanı bəlli olub.

Aut.az xəbər verir ki, norveçli sağ cinahmüdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

30 yaşlı futbolçu “Bodo Qlimt”ə transfer olunub. Bu barədə norveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Omar Elabdellaui 2020-2022-ci illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 20 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Exit mobile version