AUT.AZ

Premyer Liqanın 3 klubuna 800 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.Az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı”nın 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Bu oyunda “Kəpəz”in də 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Exit mobile version