AUT.AZ

Mundialın 100-cü qolu avtoqol oldu

Dünən Qətərdə keçirilən dünya çempionatında 100-cü qol vurulub.

Aut.Az xəbər verir ki, mundialın yubiley qoluna Mərakeş millisinin futbolçusu Nayef Aquerd imza atıb.

 

O, Kanadaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə – qrup mərhələsinin 3-cü turunun matçında topu öz qapısından keçirib.

Qeyd edək ki, Xorvatiya, Belçika və Kanadanın yer aldığı F qrupunda 7 xal toplayan şimali afrikalılar qrup lideri qismində 1/8 finala yüksəlib.

Exit mobile version