AUT.AZ

Koordinator futboldan uzaqlaşdırıldı – Azərbaycanda

AFFA İntizam Komitəsi “Səbail”in akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

Aut.az qurumun saytına istinadən xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub. İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməsinə qadağa qoyulub. Kluba isə 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəzalandırılıb. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Exit mobile version