AUT.AZ

Avropa Parlamentinin deputatı: “Qarabağ” böyük potensiala malik klubdur”

Avropa Parlamentinin deputatı Tomaş Poreba Polşanın “Veçista” klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın “Qarabağ”da təcrübə keçməsi ilə bağlı paylaşım edib.

Aut.az xəbər verir ki, polşalı mütəxəssislərin Azərbaycana gəlişində köməyi olan Tomaş postunda bunları yazıb:

“Qarabağ” böyük potensiala malik, yaxşı təşkil olunmuş klubdur. Kömək edə bildiyimə görə, şadam”.

Polşa III Liqa klubu “Veçista”nın baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanuş Svierad “Qarabağ”da təcrübə keçmək üçün Bakıya gəliblər.

Exit mobile version