AUT.AZ

Almaniya prezidentindən milli komandaya dəstək

Aut.az xəbər verir ki, ölkə başçısı DÇ-2022-nin asan keçmədiyini bildirib:

“Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!”

E qrupuna Yaponiya 6 xalla başçılıq edir. İspaniya ikinci (4 xal), Almaniya üçüncü (4 xal), Kosta Rika isə sonuncu pillədə (3 xal) qərarlaşıb. Almaniya top fərqinə görə uduzaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Pley-off mərhələsində Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Exit mobile version