AUT.AZ

Uduzublar, amma sevinir

Polşa millisinin qapıçısı Voyçex Şesnı DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Argentina ilə oyunu (0:2) haqda danışıb.

Aut.az “TVP Sport”-a istinadən xəbər verir ki, futbolçu özünün uğursuz çıxış etdiyini deyib:

“Çətin oyun idi. Biz öz səviyyəmizdə olmayan komandaya qarşı oynayırdıq. Onlar topu 90 dəqiqə saxlaya bildilər. Belə komandalara qarşı oynamaq çox güc tələb edir. Bu gün uğursuz çıxış etdim”.

Şesnı daha sonra ailə üzvləri barədə fikir bildirib:

“İlk dəfədir ki, uduzduğumuz oyundan sonra sevinirəm. Bütün ailəm Varşavada oturub oyunu izləyib: anam, həyat yoldaşım, oğlum”.

4 xala malik Polşa yığması qrupu ikinci yerdə bitirib və adını 1/8 finala yazdırmağı bacarıb. DÇ-2022-nin pley-off mərhələsində onlar Fransa millisi ilə qarşılaşacaq.

Exit mobile version