AUT.AZ

“Qalatasaray”da İkardi şoku

“Qalatasaray” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Məşq zamanı əzələsində ağrı hiss edən argentinalı forvard hazırlıq prosesini yarımçıq tərk edib. Onun durumuna müayinələrdən sonra aydınlıq gələcək.

Mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edən təcrübəli oyunçu “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 6 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version