AUT.AZ

Dünya çempionatının vaxtı dəyişdi

2025-ci ildə Tokioda keçiriləcək dünya çempionatının tarixi dəyişdirilib.

Aut.Az xəbər verir ki, mundial isti hava şəraitinə görə sentyabrda keçirilməsi qərara alınıb.

 

Bu barədə dekabrın NHK telekanalı məlumat yayıb.

Yarışlar sentyabrın 13-dən 21-dək təşkil olunacaq.

Bu, 2019-cu il sentyabrın sonu oktyabrın əvvəllərində Dohada keçirilmiş çempionatdan sonra ikinci ən uzun müddətli yarış olacaq.

Yaponiya Atletika Federasiyasının yaydığı məlumata görə, dünya çempionatları adətən iyul və ya avqust aylarında keçirilir. Lakin həmin aylarda Yaponiyada havalar çox isti keçdiyinə görə Tokioda keçiriləcək yarışların tarixi sentyabra dəyişdirilib.

Dünya çempionatı 2025-ci ildə Tokioda yerləşən Milli stadionda təşkil ediləcək. Bu yarışlarda dünyanın 210 ölkəsindən və regionundan 2000-dək idmançının iştirakı gözlənilir.

Exit mobile version