AUT.AZ

DÇ-2022: Polşa millisinin qapıçısı rekorda şərik oldu

Polşa millisinin qapıçısı Voytsex Şensnı dünya çempionatlarının rekorduna şərik çıxıb.

Aut.Az xəbər verir ki, 32 yaşlı qolkiper bu nəticəni DÇ-2022-nin C qrupunun 3-cü turunun oyununda – Argentina ilə matçda (0:2) Lionel Messinin penaltidən fərqlənməsini əngəlləyərək reallaşdırıb.

 

Şensnı turnir tarixində iki 11 metrlik cərimə zərbəsinin qolla nəticələnməsinin qarşısını alan üçüncü qapıçıdır.

Daha əvvəl 1974-cü ildə digər polşalı qapıçı Yan Tomaşevski, 2002-ci ildə isə ABŞ-dan olan “çərçivə” qoruyucusu Bred Fridel bunu bacarıb.

Qeyd edək ki, Polşa yığması DÇ-2022-nin 1/8 finalında Fransa ilə qarşılaşacaq.

Exit mobile version