AUT.AZ

Baş məşqçisi istefa verdi

Belçika milli komandasının baş məşqçisi Roberto Martines istefa verib.

Autl.az xəbər verir ki, 49 yaşlı mütəxəssis DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunun Xorvatiya ilə matçından (0:0) sonra qərarını açıqlayıb. İspaniyalı məşqçi mundialdakı uğursuzluğa görə postunu tərk edib.

Belçika millisi DÇ-2022-nin F qrupunu 4 xalla 3-cü pillədə tamamlayıb və turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Roberto Martines 2016-cı ilin avqust ayından Belçika yığmasına rəhbərlik edirdi.

Exit mobile version