AUT.AZ

“Araz Naxçıvan” uğursuz seriyaya son qoydu

Futbol üzrə I Divizionda 12-ci tura yekun vurulub.

Aut.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 görüş keçirilib.

 

MOİK “Mingəçevir” üzərində əzmkar qələbə qazanıb. “Qəbələ” və “Səbail”in əvəzedici komandaları hərəyə 1 qol vurduqları qarşılaşmada 1 xalla kifayətləniblər.

Nəhayət. turun son matçında “Araz Naxçıvan”la “Qaradağ Lökbatan” üz-üzə gəlib. Kuboku da nəzərə alsaq, son iki ayda keçirdiyi 4 qarşılaşmada qələbəyə həsrət qalan naxçıvanlılar tilsimi ev oyununda qırıblar. Azər Bağırovun baş məşqçi olduğu kollektiv evdə əldə etdiyi inamlı qələbə sayəsində yenidən liderliyi ələ keçiriblər.

Qeyd edək ki, turun digər matçları dünən oynanılıb.

I Divizion
12-ci tur
1 dekabr 

“Qəbələ-2” – “Səbail-2” 1:1
Qollar: 
Nicat Əliyev, 28 – Xəyal Bədirov, 75.
Hakimlər: Kamran Əliyev, Teymur Teymurov, Rasim Axundov, Rəsul Babayev
Hakim-inspektor: Ceyhun Haşımov
Qəbələ şəhər stadionu (ehtiyat meydança).

MOİK – “Mingəçevir” 3:2
Qollar:
 Muxtar Nəzərli, 25, Kamil Hüseynov, 28, Tural Nəsirov, 35 – Tural Məmmədzadə, 1, Elvin Əlizadə, 80-pen.
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: İmanxan Sultani
Binə qəsəbə stadionu.

“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” 2:0
Qollar: 
Orxan Əliyev, 9, 67-pen.
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Orxan İbişov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
Naxçıvan Muxtar Respublika Stadionu.

Exit mobile version