AUT.AZ

Qrupun son oyununa ehtiyat heyətlə çıxacaqlar

Braziliya yığması Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin sonuncu – III turunda Kamerunla qarşılaşacaq.

Aut.az xəbər verir ki, “sambaçılar”ın baş məşqçisi Tite bu görüşdə az şans qazanan futbolçuları oynadacaq. Mütəxəssis 1/8 final öncəsi əsas oyunçuları zədədən qorumaq və onlara istirahət vermək məqsədilə bu qərarı qəbul edib.

G qrupunda Serbiya, İsveçrə və Kamerunla mübarizə aparan Braziliya II turdan 1/8 finala vəsiqəni təmin edib.

Kamerun – Braziliya görüşü dekabrın 2-də keçiriləcək.

Exit mobile version