AUT.AZ

Milli “Qarabağ”a qalib gəldi

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, “Qarabağ”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə yığmanın xeyrinə başa çatıb. U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

U-16 əvvəlki oyunlarda “Neftçi”nin U-17 komandasını 1:0 məğlub edib, “Sabah”ın U-17 komandası ilə isə 1:1 hesablı heç-heçə oynayıb.

Exit mobile version