AUT.AZ

La Liqanın “Yuve” ilə bağlı tələbi var

İspaniya La Liqasının rəhbərliyi Avropa Futbol Assosiasiyasından (UEFA) tələb edir ki,  maliyyə feyr-pley qaydalarını pozduğuna görə İtaliyanın “Yuventus” klubuna sanksiya tətbiq etsin.

Aut.az xəbər verir ki, La Liqanın bəyanatında vurğulanır ki, “qoca sinyora” futbolçuların transfer haqqını bilərəkdən artırıb və işçilərin xərclərini aşağı salıb. Bu da maliyyə qaydalarının pozulmasıdır. Ona görə də, La Liqa İtaliya nəhənginə sanksiya tətbiq edilməsini istəyir.

Qeyd edək ki, maliyyə pozuntularına yol verildiyi üçün “Yuventus”un rəhbərliyi istefaya gedib.

“Yuve” ötən mövsümün sonunda rekord məbləğdə – 254,3 milyon avro itki ilə üzləşib. Bunun üçün klub səhmdarlarının iclası planlaşdırılmışdı. İclas noyabrın 23-də keçirilməli idi, lakin dekabrın 27-nə təxirə salınıb.

Aut.az 

Exit mobile version