İngiltərə yığması 16 ildən sonra dünya çempionatının qrup mərhələsini lider kimi başa vurub.
Aut.Az xəbər verir ki, britaniyalılar buna Qətərdə keçirilən mundialda nail olub.
Milli son olaraq 2006-cı ildə bunu bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya uduzmuşdu.
B qrupunu 7 xalla ilk sırada bitirən britaniyalılar 1/8 final mərhələsində Seneqalla qarşılaşacaq.