AUT.AZ

DÇ-də kişiləri idarə edəcək ilk xanım o olacaq

İlk dəfə olaraq kişilər arasında dünya çempionatında matçı qadın hakim idarə edəcək.

Aut.az xəbər verir ki, fransalı Stefani Frappar DÇ-2022-in qrup mərhələsində Kosta-Rika – Almaniya matçının baş hakimi təyin edilib.

Stefaninin köməkçiləri braziliyalı Neuza Bek və meksikalı Karen Dias Medina olacaq. Dördüncü hakim funksiyasını honduraslı Said Martines yerinə yetirəcək.

Frappar bundan əvvəl Meksika – Polşa matçında dördüncü hakim olub. Xatırladaq ki, Frappar artıq Fransa Liqa 2 (2014), Liqa 1 (2019), UEFA Avropa Super Kubokunda (2019, “Liverpul” – “Çelsi”), Çempionlar Liqasının qrup mərhələsində (2014) oyun idarə edən ilk qadın hakim kimi tarixə düşüb.

Aut.az

Exit mobile version