AUT.AZ

DÇ-2030: 3 ölkədən birgə namizədlik

Misir, Yunanıstan və Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının final mərhələsinə birgə ev sahibi olmaq üçün birgə müraciət etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının turizm naziri Əhməd əl-Xətib məlumat verib.

“Ər-Riyad Misir və Yunanıstanla birlikdə 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim etmək məsələsini müzakirə edir. Üç ölkə infrastrukturun və idman obyektlərinin inkişafına böyük sərmayə qoyacaq və şübhəsiz ki, bu tədbirə hazır olacaq. 2030-cu ilə qədər krallıqda dünyanın ən yaxşı futbol stadionları və fan-zonaları olacaq”.

Exit mobile version