AUT.AZ

Çempion olmaq istəyirlərsə, o oynamalıdır

Hollandiya millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Qətərlə keçirilən oyundan sonra (2:0) fikirlərini bildirib.

Aut.az xəbər verir ki, van Qal oyunu şərh etməklə yanaşı, Niderland yığmasının mundialın qalibi olması üçün nəyə ehtiyacı olduğunu da deyib:

“Topla daha diqqətli olduq və iki yaxşı qol vurduq. Ancaq bəzi futbolçuların oyunu və forması hələ də o qədər yaxşı deyil. Narıncı köynəyin dəyəri çox böyükdür.

Memfis Depay sayəsində fərq yarda bilirik.  O, komanda üçün inanılmaz dərəcədə vacibdir. Mən onun oyunundan razıyam. Unutmayın ki, o, iki aydır oynamır. Dünya çempionu olmaq istəyiriksə, Depay oynamalıdır”.

Aut.az

 

Exit mobile version