AUT.AZ

115 kiloqram kokainlə tutuldu

Moskva “Spartak”ının keçmiş futbolçusu Duşan Petkoviç Amsterdamda həbs edilib.

Aut.Az  xəbər verir ki, polis əməliyyat zamanı ondan 11 milyon avro dəyərində 115 kiloqram kokain müsadirə edib.

 

Serbiya və Monteneqro yığmasının keçmiş müdafiəçisi xüsusi əməliyyat çərçivəsində saxlanılıb. Polis 48 yaşlı Petkoviçlə birlikdə onun ögey oğlu Damyan Roqanoviçi də həbs edib. Məlumata görə, əməliyyat çərçivəsində ümumilikdə 9 nəfər həbs edilib. Həmin şəxslər cinayət əməlləri törətmək üçün sui-qəsddə, Cənubi Amerikadan Avropaya narkotik vasitələrin qanunsuz istehsalı, yayılması və satışının təşkilində iştirakda şübhəli bilinirlər.

Prokurorluğun bəyanatında qeyd olunub ki, cinayətkar qrup kokaini alman ekspeditor şirkəti vasitəsilə Almaniyanın Trier şəhərinə, oradan isə daha sonra satış üçün Londona göndərməli idi. Kokain paketləri beton plitələrdə gizlədilib. 22 ədəd beton plitə aşkar edilib, onlardan ümumi çəkisi 115 kiloqram olan 103 bağlama götürülüb.

Petkoviç 2020-ci ildə vəfat edən Serbiya və Monteneqro millisinin keçmiş baş məşqçisi İliya Petkoviçin oğludur. O, Rusiyada “Moskva Spartak”ında (2004) və “Ramenski Saturn”da (2006-2007) çıxış edib, həmçinin Almaniyanın “Volfsburq”, “Nürnberq”, OFK Belqrad, İspaniyanın “Malyorka” klublarında çıxış edib. O, atasının rəhbərlik etdiyi vaxtlarda millinin şərəfini qoruyub.

Exit mobile version