AUT.AZ

“Qalatasaray”ın keçmiş futbolçusu İstanbul klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Sofyan Fequlinin yeni ünvanı məlum olub.

Aut.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Fatih Karagümrük”ə keçib. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Fequli 2017-2022-ci illərdə “Qalatasaray”da forma geyinib.

Exit mobile version