AUT.AZ

PSJ-in prezidenti əsəbiləşdi – Qətərdə olmayanlar…

PSJ-nin sahibi Nasser Al-Xelaifi dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, qətərli milyarder tənqidlərin ədalətli olmadığını bildirib. O, ölkəsini görməyənlərin tənqidini anlamadığını vurğulayıb:

“Təbii, biz kamil deyilik, hamı kimi səhvlər etmişik, amma cəmiyyət və millət olaraq hamıdan daha sürətlə inkişaf etmişik. Məni əsəbiləşdirən odur ki, heç vaxt orada olmayan insanlar Qətər haqqında danışırlar. Mən bunu başa düşmürəm.

Hər şeyi öz gözlərinizlə görmək üçün buraya gəlmək lazımdır: bizdə olan insanlar, mədəniyyət, dəyərlər, təvazökarlıq. Bütün Qətər xalqı Dünya Kubokunun qonaqlarını qürurla qarşılayır: biz evlərimizi və ürəyimizi açırıq, bu, bizim mədəniyyətimiz, adət-ənənəmizdir. Bəzi ölkələrdə insanlar tanımadıqları adamları qonaq dəvət etmirlər. Avropa mədəniyyətindən fərqli olaraq, qətərlilər həmişə qonaq qəbul etməkdən məmnundurlar”.

Aut.az

Exit mobile version