AUT.AZ

Messini hədələyən boksçuya cavab verdi

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero Lionel Messini hədələyən əfsanəvi meksikalı boksçu Saul Alvaresə cavab verib.

Xatırladaq ki, Meksika ilə oyundan sonra Argentinanın paltardəyişmə otağından yayılan videoda görünür ki, argentinalılar qələbəni bayram edirlər. Lionel Messi yerdə olan Meksika yığmasının formasını tapdalayır. Boksçu sosial şəbəkədə buna sərt münasibət bildirmiş və Messini hədələmişdi:

“Qoy Messi Allaha dua etsin ki, mənim qarşıma çıxmasın”.

Serxio Aquero onun hədəsinə cavab olaraq yazıb:

“Senyor Kanelo, bəhanə və problem axtarma. Əminəm ki, siz futbol və paltardəyişmə otağında baş verənlər haqqında heç nə bilmirsiniz. Formalar tərli olduğu üçün matçdan sonra həmişə yerdə olur. Diqqətlə baxsanız, görərsiniz ki, Mesi butslarını  çıxarmaq üçün hərəkət edir və təsadüfən formanı tapdalayır”.

Aut.az

Exit mobile version