AUT.AZ

Hindistanda 3 qələbə

Hindistanın Kəlküttə şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel İndia” rapid turniri start götürüb.

Aut.Az xəbər verir ki, turnirin ilk günündə 3 oyun keçirən 37 yaşlı qrossmeysterimiz hər üç qarşılaşmadan qələbə ilə ayrılıb.

İlk turda qara fiqurlarla hindistanlı Dommaraju Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla yenib. “Şah” günün son matçında amerikalı Uesli Sonu məğlub edib.

Beləliklə, təcrübəli şahmatçımız 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.

Exit mobile version