AUT.AZ

Karyerasını bitirdi

Azərbaycan millisinin sabiq üzvü Pərdis Fərcad-Azad futbolla vidalaşıb.

Aut.az xəbər verir ki, o, 34 yaşında karyerasını başa vurub. Son olaraq Almaniya V Liqa klubu “CFC Herta”da çıxış edən hücumçunun yeni işi də bəllidir. O, maliyyə məsləhətçisi kimi fəaliyyət göstərəcək. Pərdis investisiya, daşınmaz əmlak sahəsi, bank, sığorta, kredit kimi mövzularda məsləhətçi olacaq.

Ölkəmizdə “Sumqayıt”, “Keşlə” (hazırkı “Şamaxı” – red.), “Zirə” kimi klubların formasını geyinmiş hücumçu əsas millidə 6 oyun keçirib.

Exit mobile version