AUT.AZ

Etiraza etiraz ediblər

Almaniya millisində FİFA-ya etirazla bağlı aksiya zamanı fikir ayrılığı olub.

Qeyd edək ki, Yaponiya ilə oyundan (1:2) əvvəl Almaniya millisinin futbolçuları kapitanlara “One Love” sarğısı taxmağı qadağan edən FİFA-ya etiraz əlaməti olaraq komanda şəklində əlləri ilə ağızlarını bağlayıblar.

Aut.az “Sport1.de”yə istinadla xəbər verir ki, müdafiəçi Antonio Rüdiger və yarımmüdafiəçi İlkay Gündoğan bu addımın əleyhinə çıxıblar. Onlar komandanın diqqətini futbola yönəltməsini istəyiblər.

Bu aksiya ilə bağlı müxtəlif fikirlər var. İddia olunur ki, ideya mübahisəyə səbəb olub. Lakin hazırda futbolçular arasında yaranan bütün ziddiyyətlərin aradan qaldırıldığı bildirilir.

Aut.az

Exit mobile version