AUT.AZ

Dava düşüb

DÇ-2022-nin qrup mırhələsinin II turunda Mərakeşə məğlubiyyət (0:2) Belçika millisində gərginliyə səbəb olub.

Aut.az  xəbər verir ki, dünən komandanın bir neçə oyunçusu arasında dava düşüb. Mübahisə Kevin De Brüyne, Eden Azar və Yan Vertenqon yaşanıb. Buna futbolçuların bir-birlərinin oyunundan razı qalmaması səbəb olub. Yalnız Romelu Lukakunun müdaxiləsindən sonra ara sakitləşib.

Bundan başqa, De Bruynenin Tibo Kurtua, Eden Hazard isə Leandro Trossardla danışmadığı bildirilir. Hücumçular Romelu Lukaku və Mişa Batşuayi arasında münasibətlər yaxşı deyil.

Belçika millisi 2 turdan sonra F qrupunda 3 xalla 3-cüdür.

Exit mobile version