AUT.AZ

Nəyə nail olmaq istəyirsiniz? – Daei yazır

Əli Daei İrandakı etirazlara dəstək verdiyi üçün təhdidlər aldığını bildirib.

Oktyabr ayında Daei İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran millisinin keçmiş futbolçusuna ölüm hökmü çıxarıldığı haqda xəbərlər yayılıb.

Aut.az xəbər verir ki, Əli “İnstaqram” səhifəsində belə yazıb:

“Son aylarda müxtəlif təşkilatlar, media və naməlum şəxslər tərəfindən özümə və ailəmə qarşı çoxlu hədələr almışam.

Mənə namus, vətənpərvərlik, azadlıq dərsi keçmək istəyirlər. Bu cür hədələrlə nəyə nail olmaq istəyirsiniz?”

Əli, həmçinin İranda etirazların yatırılması zamanı həbs olunan məhbusların qeyd-şərtsiz azad edilməsinə çağırıb.

Aut.az

Exit mobile version