AUT.AZ

“Barsa”ya o vaxt qayıdar ki…

“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola “Barselona”ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Qvardiola bu suala birmənalı cavab verməyib:

“Barselona” ilə heç nə müqayisə olunmur. Orda lazım olduğumu hiss etsəm, qayıdaram. Amma hazırda belə situasiya yoxdur.  Mən gedəndən sonra da bu komanda titullar qazanmaqda davam edir.

Qismətdə yenidən orada olmağım varsa, bu, baş verəcək, amma buna köklənməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Pep bu yaxınlarda “Mançester Siti” ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb. Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb. Bu müddət ərzində klub iki dəfə Çempionlar Liqasının qalibi və üç dəfə La Liqanın qalibi olmaqla, 14 kubok qazanıb.

Aut.az

Exit mobile version