AUT.AZ

Anlaşıblar, “Çelsi” 60 milyon ödəyəcək

“Leyptsiq”in hücumameyilli yarımmüdafiəçisi Kristofer Nkunku Londonun “Çelsi”sinə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Tvitter” hesabında məlumat verib.

Futbolçunun hələ sentyabrda tibbi müayinədən keçdiyi bildirilir. Londonlular Nkunku üçün 60 milyon avro ödəyəcək. Futbolçunun Almaniya komandası ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Kristofer zədə ucbatından Qətərdəki dünya çempionatını buraxır. O, DÇ ərəfəsində yığma komandanın təlim-məşq prosesi zamanı zədələnib.

Aut.az

 

Exit mobile version