AUT.AZ

Qvardiolanın qızı sosial şəbəkələri “partlatdı” – Fotolar

Qvardiolanın qızı Maria atasını “Mançester Siti” ilə yeni müqavilə bağlaması münasibətilə təbrik edərkən fotolar paylaşmaqla sosial şəbəkələri “partladıb”. Pərəstişkarları onun gözəlliyinə və Pepə bənzərliyinə heyran qalıblar.

Aut.az xəbər verir ki, noyabrın 23-də Pep Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzadıb.

Qeyd edək ki, ispan mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Pep 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında klub 11 kubok qazanıb.

21 yaşlı Maria öz səhifəsində “Səndən yaxşısı yoxdur” yazıb.

Bunun ardınca pərəstişkarları Marianın səhifəsinə axın edib və bütün şəkillərini bəyəniblər.

Exit mobile version