AUT.AZ

Psixoloqa müraciət edib – Səudiyyə ilə oyundan sonra

Argentina millisinin qapıçısı Emiliano Martines Səudiyyə Ərəbistanına məğlubiyyətin komandaya təsirindən danışıb.

Aut.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı ilə oyundan sonra psixoloqa müraciət etdiyini etiraf edib:

“Həmin oyundan sonrakı üç gün ərzində özümü yaxşı hiss etmədim. Psixoloqumla çox danışdım, çünki sənin qapına 2 dəfə zərbə vurular və hər ikisi qol olur, bunu qəbul etmək asan deyil.

Bilirəm ki, arxamda 45 milyon argentinalı var və həmin matçda onlar üçün daha çox şey edə bilərdim. Amma Meksika ilə oyunda döyüşə hazır olduğumuzu göstərdik”.

Aut.az

Exit mobile version