AUT.AZ

Neymarın yardımına NASA gəldi

DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiyaya qarşı oyunda (2:0) xəsarət alan Braziliya millisinin hücumçusu Neymar qrupun digər görüşlərini buraxmalı olacaq.

Aut.Az xəbər verir ki, ulduz forvard hazırda NASA texnologiyası ilə zədəsini sağaldır.

“Marca”nın məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmik texnologiyası əsasında alimlər və həkimlər tərəfindən hazırlanmış cihaz Neymarın köməyinə çatıb.

“Normatec” firmasının istehsalı olan cihaz futbolçunun daha sürətli sağalmasını təmin edəcək.

Bütün ayağı əhatə edən qurğu qan dövranının aktivləşdirilməsini təmin edir, yumşaq toxumaların sağalmasına kömək edir, şişkinliyi aradan qaldırır və ağrıları azaldır.

Exit mobile version