AUT.AZ

Messi Meksikanın formasını tapdaladı, məşhur boksçu cavab verdi

Argentina millisinin kapitanı Lenoel Messinin Meksika ilə oyundan sonra bu ölkənin formasını təhqir etməsindən sonra meksikalı peşəkar boksçu, dünya çempionu Saul Alvarez ulduz futbolçunun bu hərəkətinə cavab verib.

Aut.az -ın xəbərinə görə, argentinalı futbolçular Meksika ilə oyundan sonra paltardəyişmə otağında qələbəni bayram edərkən, Messi bu ölkənin formasını tapdalayıb.

Argentinanın “10” nömrəsinin addımına cavab olaraq meksikalı dünya çempionu superulduzun yığmadakı formasını təpikləyib.

O bildirib ki, Messinin “qoyduğu hörmətə” cavab addımı atmaq vacibdir:

“Messinin bizim köynək və bayrağımızla döşəməni sildiyini gördünüzmü? Argentina Meksikaya hörmət etdiyi kimi, biz də Argentinaya hörmət etməliyik! Mən ölkəni -Argentina demirəm, Messi və onun hərəkətindən danışıram”.

 

 

Exit mobile version