AUT.AZ

DÇ-2022: Braziliya millisində virus şübhəsi

Braziliya milli futbol komandasının üzvləri arasında virus yayılması şübhəsi mövcuddur.

Aut.az  xəbər verir ki, Lukas Paketa, Antoni və Alisson Bekker qripin əlamətlərinə görə məşqin bir hissəsini buraxıblar.

Futbolçuların DÇ-2022-nin qrup mərhələsinin ikinci turunda İsveçrə ilə keçiriləcək oyuna hazır olduqları bildirilib.

Zədə səbəbindən Danilo və Neymar matçda iştirak etməyəcək.

Exit mobile version