AUT.AZ

Bu oyun da tarixə düşdü

DÇ-2022-in qrup mərhələsinin 2-ci turunda keçirilən Kamerun – Serbiya oyunu  tarixə düşüb.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Aut.az xəbər verir ki, bu oyun dünya çempionatları tarixinə qalibin müəyyən edilmədiyi ən məhsuldar oyunlardan biri kimi düşüb.

1962-ci ildən bəri dünya çempionatında eyni hesabla cəmi üç heç-heçə qeydə alınıb:

1982 – Qərbi Almaniya (AFR) – Fransa

2002 – Seneqal – Uruqvay

2018- Portuqaliya – İspaniya

Kamerun və Serbiya turnirdə ilk xallarını qazanıb. Xatırladaq ki, 1-ci turda serblər Braziliyaya (0:2), kamerunlular isə İsveçrəyə (0:1) uduzmuşdular.

Aut.az

Exit mobile version