AUT.AZ

Baş məşqçi təyinatı

“Bornmut” klubunun yeni baş məşqçisi açıqlanıb.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin sükanı Qari Onilə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Onil komandanın sabiq baş məşqçisi Skott Parkerin köməkçisi idi. O, bu ilin avqustunda Parkerin vəzifəsindən ayrılmasından sonra baş məşqçinin səlahiyyətlərini icra edirdi.

“Bornmut” Premyer Liqada 16 xalla 14-cü sıradadır.

Exit mobile version