AUT.AZ

“Azərreyl”in 1/32 finaldakı rəqibi

2022/23 mövsümündə ölkəmizi Çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq.

Aut.Az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.

 

Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.

Exit mobile version