AUT.AZ

Alman ispandan xahiş edib ki…

İspaniya millisinin müdafiəçisi Daniel Karvaxal Almaniya ilə oyundan (1:1) sonra Antonio Rüdigerlə söhbətindən danışıb.

Aut.az xəbər verir ki, Almaniya yığmasının futbolçusu ispandan xahiş edib ki, qrup mərhələsinin son turunda Yaponiyaya qalib gəlsinlər:

“Almaniya ilə oyunun nəticəsinin ədalətli olduğunu deyərdim. Birinci hissə çox gərgin keçdi. Biz hesabda öndə olanda Almanlar daha çox risk etdilər. Bu, bizim işimizi çətinləşdirdi.

Rüdiger məndən xahiş etdi ki, Yaponiyaya qalib gələk. Bu görüşə qələbə üçün çıxacağımıza kimsə şübhə etməsin. Qalib gəlib, qrup mərhələsini 1-ci yerdə bitirmək istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Aut.az  

Exit mobile version