AUT.AZ

ABŞ-ın baş məşqçisi İrandan üzr istədi

ABŞ yığmasının baş məşqçisi Qreq Berhalter İrandan üzr istəyib.

Aut.az xəbər verir ki, ABŞ yığmasının mətbuat xidməti sosial şəbəkə hesabında B qrupunun turnir cədvəlini dərc edərkən yanlışlığa yol verib. Belə ki, paylaşımda İranın emblemi olmayıb. Qreq insidentə belə şərh verib:

“Futbolçuların və məşqçilər heyətinin mətbuat xidmətinin sosial mediada nələr yaydığından xəbəri yox idi. Bəzən bunlar sizin nəzarətinizdən kənarda olur.

Biz yalnız oyunçular və məşqçilər adından üzr istəyə bilərik. Fikirlərimiz İran xalqının yanındadır, lakin bütün diqqətimizi matça yönəltməliyik”.

Aut.az

Exit mobile version